Rusiya Azərbaycandan kartof və pomidor idxalına qadağa qoya bilər


Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan idxal olunan bəzi məhsullarla bağlı xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb. Bildirilib ki, Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyekti olan qonur bakterial çürüməyə məruz qalmış kartoflar aşkarlanıb. Bu səbəblə Azərbaycandan Rusiyaya idxal olunan kartof və pomidorlarda bəhs edilən virus aşkarlanarsa müvəqqəti məhdudiyyət tətbiq olunacaq. 
“Rosselxoznadzor” Azərbaycana məsələ ilə bağlı araşdırma aparılmasını tövsiyyə edib.

DİGƏR XƏBƏRLƏR

Top