
Bu ilin yanvar-may ayları ərzində Azərbaycana xaricdən 59 milyon 602 min 704 ədəd tibbi maska gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, idxal olunan tibbi maskanın dəyəri 2 milyon 409,1 min dollar (4 milyon 95,5 min manat) olub.
Bu ilin ilk 5 ayında ölkəyə gətirilən tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 4 sent və ya mövcud məzənnə ilə 6,8 qəpik olub. May ayında idxal olunan tibbi maskanın bir ədədinin orta gömrük dəyəri isə 7,7 sent və ya mövcud məzənnə ilə 13,3 qəpik olub. Aylar üzrə ən çox maska yanvar ayında, ən az maska isə aprel ayında gətirilib.
Bu ilin ilk 5 ayında Azərbaycanın xaricdən aldığı tibbi maskaların sayı və qiyməti aşağıdakı kimi olub:
Aylar | Sayı | Məbləğ | Bir ədədin gömrük dəyəri |
Yanvar | 15 940 640 ədəd | 434,85 min $ | 4,6 qəpik (2,7 sent) |
Fevral | 12 304 280 ədəd | 398,23 min $ | 5,5 qəpik (3,2 sent) |
Mart | 13 583 000 ədəd | 401,06 min $ | 5 qəpik (2,9 sent) |
Aprel | 5 504 260 ədəd | 209,96 min $ | 6,5 qəpik (3,8 sent) |
May | 12 270 524 ədəd | 965 min $ | 13,3 qəpik (7,7 sent) |
CƏMİ | 59 602 704 ədəd | 2 409,1 min $ | 6,8 qəpik (4 sent) |