Bayden Belarus müxalifətinin liderini qəbul edib


ABŞ prezidenti Co Bayden Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baydenin rəsmi tviter hesabında məlumat verilib. Görüşün iyulun 28 -də səhər saatlarında Ağ Evdə baş tutduğu bildirilib. Bayden Tixanovskaya ilə görüşdən məmnun olduğunu deyib:
"Svetlana Tixanovskaya ilə tanış olmaq mənim üçün çox xoş oldu. ABŞ Belarus xalqına demokratiya və ümumbəşəri insan hüquqları axtarışında həmişə dəstək verir".
Görüşün təfərrüatı barədə isə hələlik heç bir açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top