153 474 şəxsə sosial sığorta ödənişləri həyata keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu cari ilin ilk yarısında ümumilikdə 153 474 şəxsə sosial sığorta ödənişləri həyata keçirilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, onlardan 51 674-nə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 9 270-nə hamiləlik və doğuşa görə bu ödənişlər edilib.  Həmçinin 33 316 şəxsə uşağın anadan olmasına görə birdəfəlik müavinət, 58 095 şəxsə 3 yaşınadək uşağa qulluqla əlaqədar aylıq sosila müavinət verilib. 
Qeyd olunan ödənişlər üçün ümumilikdə 42,5 milyon manata yaxın vəsait ödənilib.

DİGƏR XƏBƏRLƏR

Top