Nur Əzəmətli dünya çempionu oldu - FOTO


Florida ştatının Orlando şəhərində keçirilən 32-ci ABŞ Açıq Cüdo Çempionatında (U.S. Open Championships) 34 kq çəki dərəcəsində mübarizə aparan əslən azərbaycanlı 10 yaşlı Nur Əzəmətli dünya çempionu adına layiq görülüb.
Yeniavaz.com
xəbər verir ki, ABŞ-da bu il 32-cisi təşkil olunan Açıq Cüdo Çempionatı beynəlxalq yarış hesab olunur və buraya dünyanın bütün ölkələrindən peşəkar idmançılar qatılır.
Nur yarışda qalib gələrək, Azərbaycan Respublikasının bayrağına bürünüb.
Qeyd edək ki, Nur ABŞ-da anadan olub. Atası Sahir Əzəmətli isə Azərbaycanın Sumqayıt şəhərində anadan olub və orta təhsilini burada tamamlayıb. Nurun babası Əzəmət Əzəmətli də Sumqayıtın tanınmış ədəbiyyatçısı, pedaqoqudur.
Nura gələcək yarışlarda uğurlar arzılayırıq!

DİGƏR XƏBƏRLƏR

Top