
Azərbaycanlı iş adamı İstanbulun “Florence Nightingale” klinikasında dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klinika məlumat yayıb. Bildirilib ki, tanınmış azərbaycanlı iş adamı, məşhur fermer, “Hacıqabul Quşçuluq” şirkətinin sahibi Adışirin Babaşov 28.07.2021-ci il tarixində saat 23:40 radələrində ürək çatışmazlığından vəfat edib.
Mərhumun yaxınları iş adamının cənazəsinin 29.07.2021-ci il tarixində Azərbaycana gətiriləcəyini bildirib.

Tətbiqimizi yükləyə bilərsiniz