Sərhəddə təxribat törətməyə çalışan erməni hərbçi yaralandı


Kəlbəcər istiqamətində təxribat törədən qrupun tərkibində olan erməni hərbçi yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, bu gün Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.
Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

DİGƏR XƏBƏRLƏR

Top