Çin növbəti dəfə kosmosa raket buraxdı


Çin “Tinahui-1-04” peykini elmi təcrübələr və torpaq ehtiyatlarının öyrənilməsi üçün kosmosa göndərib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb. Bildirilib ki, bu, Çinin bu ay ərzində həyata keçirdiyi altıncı kosmik uçuşudur. “Tinahui-1-04”dən alınan məlumatlar kartoqrafiya və naviqasiya sistemlərində istifadə ediləcək.
Xatırladaq ki, bir neçə ay qabaq Çinin kosmosa göndərdiyi tonlarla ağırlığında raket idarəetmədən çıxaraq Yer kürəsinə düşmüşdü.
 

DİGƏR XƏBƏRLƏR

Top