Türkiyənin daha bir şəhərində meşəlik sahə və 7 kənd yanıb


Ötən gün Türkiyənin Adana vilayətində axşam saatlarında başlayan yanğını hələ də nəzarətə götürmək mümkün olmayıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğınsöndürmə xidməti Adananın Kozan rayonunda baş verən yanğını gecə saatlarında nəzarətə almağa çalışsa da, bu mümkün olmayıb. Səhər saatlarında isə helikopterlərlə yanğına müdaxilə olunmağa başlanıb. Güclü külək yanğınsöndürmə xidmətinin işini daha da çətinləşdirib. Yanğına yaxın olan 7 kəndin əhalisi təhlükəsiz yerlərə evakuasiya olunub. Kəndlərdəki evlərin əksəriyyəti yanaraq yararsız hala düşüb.
Qeyd edək ki, ötən gün Türkiyənin Antalya şəhərində də meşə yanğını qeydə alınmışdı.

DİGƏR XƏBƏRLƏR

Top