Ermənistan Kəlbəcərdə atəşkəsi pozdu: Mövqelərimizə 12 F-1 qumbarası atılıb - RƏSMİ


Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.
Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.
Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

DİGƏR XƏBƏRLƏR

Top