
Ermənistan Müdafiə Nazirliyi üç ay müddətində ehtiyatda olan hərbçi və əsgərlərə təlimlərin keçirilməsini təklif edən layihəni gündəmə gətirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “armenpress” məlumat yayıb.
Təlimlərin 2021-ci il sentyabrın 15-dən dekabrın 15-dək baş tutacağı gözlənilir.
Təlimlərlə qeydiyyatdan keçmiş, ehtiyatda olan hərbçilərin hərbi potensialının artırılmasının hədəfləndiyi bildirilib.
Təlimlərə 869 erməni vətəndaşının cəlb edilməsi təklif olunur.