
Səudiyyə Ərəbistanı COVID-19 pandemiyasının yayılmaması və virusun yeni variantlarının ölkəyə gəlməməsi üçün bəzi ölkələrə səyahəti qadağan edib.
Yeniavaz.com “NTV”yə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı höküməti xəbər yayıb. Verilən məlumata görə, siyahıda olan ölkələrə səyahət edən şəxslərə ölkəyə geri gəldiklərində ağır cəzalar veriləcək və 3 il boyunca ölkədən çıxa bilməyəcəklər.
Səyahətin qadağan edildiyi ölkələrin siyahısını təqdim edirik:
Türkiyə
Argentina
Braziliya
Misir
Efiopiya
Hindistan
İndoneziya
Livan
Pakistan
Cənubi Afrika
Əfqanıstan
Vyetnam
Birləşmiş Ərəb Əmirlikləri