Xankəndi şəhərindən yeni FOTOLAR


Məşhur azərbaycanlı fotojurnalist Reza Deqati hal-hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Xənkəndi şəhərindən yeni fotolar yayıb.
Yeniavaz.com
xəbər verir ki, R. Deqati Xankəndinin tarixi haqqında da qısa məlumat verib:
“Xankəndi və ya “Xanın kəndi” 17-ci əsrin sonunda Qarabağ Xanlığının və Şuşa şəhərinin qurucusu Pənahəli Xan Cavanşir tərəfindən inşa edilib. Adətən xan və ailəsi tərəfindən istirahət məkanı kimi istifadə olunurdu.
Əsrlər keçdikcə Xankəndi böyük bir şəhər halına gəlib. SSRİ dövründə Stepanakert adlandırılıb və Dağlıq Qarabağ Muxtar Vilayətinin(1923-1991) paytaxtı kimi fəaliyyət göstərib.
1992-ci ildə başlayan Birinci Qarabağ müharibəsi zamanı sözügedən ərazidə və ətraf bölgələrdə yaşayan bütün azərbaycanlılar Ermənistan ordusu tərəfindən zorla çıxarılıb və çox sayda insan qətlə yetirilib.
İkinci Qarabağ müharibəsi 2020-ci ildə başa çatdıqdan sonra isə Ermənistan, Azərbaycan və Rusiya arasında bağlanan müqaviləyə əsasən Xankəndi yenidən Azərbaycanın ayrılmaz parçası halına gəldi. Müqaviləyə əsasən Laçın koridoru vasitəsilə buranın erməni sakinlərinin Xankəndinə girib-çıxmasına şərait yaradıldı”.




DİGƏR XƏBƏRLƏR

Top