Polad Bülbüloğlu: "Sülhməramlılar vəzifələrini yerinə yetirməyə davam edir"


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qarabağın və regionda baş verənlərlə bağlı danışıb.
Yeniavaz.com
xəbər verir ki, səfir bu barədə "ria.ru"nun müxbiri Dmitri Vinoqradova geniş müsahibə verib. O bildirib ki, Azərbaycan Qarabağ müharibəsinin başa çatdığını artıq dəfələrlə vurğulayıb:
“Biz bu müharibənin başa çatdığını, münaqişənin keçmişdə qaldığını dəfələrlə bildirmişik. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh sazişini imzalamalı, sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalıdır. Ermənistan dövlətlərarası münasibətlərin həllini yenə ləngitməyə çalışmaqla bütün regionun hərtərəfli inkişafı üçün şəraitə mane olur”.
Müsahibə vaxtı Rusiya sülhməramlılarının missiyasının müddətinin bölgədə uzadılması məsələsinə də toxunulub. Səfir öz növbəsində bu məsələnin müzakirəsinin hələ tez olduğunu diqqətə çatdırıb: “Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilən Rusiya Federasiyası sülhməramlı qüvvələri onlara həvalə olunmuş hərbi və humanitar vəzifələrini yerinə yetirməyə davam edir”.
Polad Bülbüloğlu həmçinin bildirib ki, dövlət başçılarının qarşıya qoyduqları vəzifələri yerinə yetirmək üçün hər kəs əlindən gələni yerinə yetirməlidir.

DİGƏR XƏBƏRLƏR

Top