Putin: “Müsəlman ölkələri Rusiyanın köməyinə arxalana bilər”


Rusiya prezidenti Vladimir Putin müsəlman ölkələrinin regional böhranların aradan qaldırılmasında və terrorla mübarizədə Rusiyanın köməyinə arxalana biləcəyini deyib.
Yeniavaz.com
“Kommersant”a istinadla xəbər verir ki, Putin XII Beynəlxalq İqtisadi Sammitinə göndərdiyi məktubda regionla problemlər, terrorizmlə mübaribə və digər məqamlara toxunub. O bildirib ki, Rusiyanın müsəlman ölkələri ilə münasibətləri ənənəvi olaraq yaxşıdır:
“Vurğulamaq istərdim ki, tərəfdaşlarımız regional böhranların və kəskin sosial problemlərin aradan qaldırılması səylərində, terrorizm və ekstremizmin bütün təzahürlərinə qarşı mübarizədə Rusiya Federasiyasının dəstəyinə və köməyinə tam arxalana bilərlər”.

DİGƏR XƏBƏRLƏR

Top