
"Microsoft"un qurucusu, tanınmış iş adamı Bill Qeytsin Türkiyədə istirahət etdiyi otelin restoranına ödədiyi hesab diqqət çəkib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bill Qeyts lüks gəmisi ilə Türkiyənin Bodrum şəhərinə gəlib. Onun bir günlük istirahət zamanı yoldaşları ilə birgə yemək yediyi restorana 80 min lirə (15 min 875 manat) ödədiyi bildirilib. Türkiyəyə gəlişi gizli saxlanılan iş adamının bir gün sonra ölkəni tərk etdiyi deyilib.