Almaniya İsrail donanmasına daha 2 hərbi gəmi satıb


İsrail donanması üçün istehsal olunan daha 2 hərbi gəmi Almaniya tərəfindən İsrailə təqdim olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniyanın "ThyssenKrupp Marine Systems" internet saytı məlumat yayıb. Xəbərdə deyilir ki, "INS Atzmaut" və "INS Nitzachon" adlı daha 2 korvetin təqdimatından sonra, Almaniyadan İsrailə verilən hərbi gəmilərin sayı 4-ə çatıb. Sözügedən gəmilər limanlara çatandan sonra onlar İsrail donaması tərəfindən silah və radar sistemləri ilə təchiz olunacaqlar.
Qeyd edək ki, Almaniya və İsrail arasında hərbi gəmilərin alınması ilə bağlı  2015-ci ilin may ayında müqavilə bağlanıb. Müqaviləyə əsasən, İsrailə "INS Magen" adlı gəmi 2020-ci ildə, "INS Oz" adlı gəmi isə 2021-ci ilin may ayında təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top