SOCAR-ın idarə rəisi işdən çıxarıldı - FOTO


Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Report-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov təsdiq edib.
Onun sözlərinə görə, V.Əliyev öz ərizəsi ilə vəzifəsini tərk edib. Bundan başqa, o, şirkətin Türkiyədəki törəməsinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilməsi üçün də ərizə ilə müraciət edib.
V.Əliyevin yerinə hələ ki, təyinat olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top