
Tokio Yay Olimpiya Oyunlarında Böyük Britaniyanı təmsil edən Azərbaycanlı əkizlər - Cennifer və Cessika Qədirova bacıları bu ölkəyə 93 il sonra qadınlardan ibarət gimnastika komandası adından medal qazandırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Bildirilib ki, əkiz bacıların da tərkibində olduğu 4 nəfərlik qadınlardan ibarət gimnastika komandası bürünc medala layiq görülüb. Bu, Böyük Britaniyanın qadınlardan ibarət gimnastika komandasının 1928-ci ildən bəri Olimpiya Oyunlarında qazandığı ilk medaldır.
Mətbuat orqanı əkiz bacılar əslən azərbaycanlı olduqlarını, lakin Böyük Britaniyada doğulduqlarını yazıb. Qeyd olunub ki, onların valideynləri 2001-ci ildə Böyük Britaniyaya köçüb və 2004-cü ildə əkiz bacılar dünyaya gəlib. Cessika və Cennifer 6 yaşından gimnastika ilə məşğul olur.