"Erməni təxribatının məqsədi Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır"


“Ermənistan bu təxribatla göstərir ki, onlar Azərbaycanla dinc münasibətlərin qurulmasını istəmirlər”.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında son günlər Azərbaycan–Ermənistan sərhədində baş verən gərginlik haqqında danışan deputat Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, baş verən hadisələr siyasi təxribatdır: “Ermənilər hələ də Azərbaycanın öz torpaqlarını azad etməsi ilə barışa bilmirlər. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur. Onlar yaddan çıxarırlar ki, 44 günlük müharibədə acınacaqlı vəziyyətə düşüdülər. Ermənistan rəhbərliyi gündə bir ölkənin başçısına müraciət edərək hərbi əməliyyatların dayandırılması üçün vasitəçilik etmələrini istəyirdi. Baş verənlər siyasi təxribatdır. Məqsəd Azərbaycanla imzalanacaq sülh müqaviləsindən imtina etmək və Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. Həmçinin düşmən tərəf bununla Azərbaycan torpaqlarına olan iddiasını davam etdirmək istəyir. Amma bu təxribatlar ilk növbədə onlara zərər verir. Ermənistan 3 hərbi qulluqçusunun öldüyünü açıalqadı. Bu hələ başlanğıcdır. Əgər Azərbaycana qarşı düşmən mövqeyini davam etdirərsə, artıqlaması ilə cavabı veriləcək və bir qarış da olsun torpaq güzəştə gedilməyəcək. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa yolu yoxdur. Biz beynəlxalq hüququ və öz suveren qanunla söykənərək siyasət aparır. Biz Ermənistandan hər an təxribat gözləyirik və Azərbaycan onların cavabını artıqlaması ilə verməyə hazırdır”.
Qasım Xuluflu

DİGƏR XƏBƏRLƏR

Top