İtkin düşən Şəmkir sakini axtarılır


Şəmkir rayonunda 11 gündür itkin düşən şəxs axtarılır.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Şəmkir rayon sakini, 2006-cı  il təvəllüdlü Məhəmməd Vəliyev iyulun 17-də  yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
M. Vəliyevin  əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində ağ köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02  şəhər və (070) 306-45-46  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top