Əfqanıstanda sülh "Taliban"ın köməyi ilə bərpa ediləcək – Çin


"Taliban"ın Qətərdəki nümayəndəsi Abdullah Qani Barada ilə Çinin xarici işlər naziri Vanq Yi görüşüb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi xəbər yayıb. Verilən məlumata görə, görüş zamanı Çin rəsmiləri Əfqanıstan xalqı ilə əməkdaşlığı davam etdirmək, genişləndirmək və sülh prosesinə kömək etmək niyyətlərinin olduğunu bildiriblər.
Vanq Yi görüş zamanı Əfqanıstanda sülh prosesinin “Taliban”ın köməyi ilə bərpa ediləcəyinə ümid etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top