Ermənistan təxribat törətdiyi bölgədəki qızıl mədənində işin dayandırıldığını AÇIQLADI


"Azərbaycan-Ermənistan sərhədinin şimal-şərq hissəsində atəşkəsin pozulması səbəbilə Zod qəsəbəsindəki qızıl mədənində iş dayandırılıb".

Yeniavaz.com xəbər verir ki, bu barədə "GeoProMining Gold" şirkəti “Armenpress”ə açıqlamasında deyib. Mədəndəki 150 işçinin təxliyə edildiyi və iş prosesinin müvəqqəti dayandırıldığı bildirilib.
Qeyd edək ki, bu gün Kəlbəcər istiqamətində Ermənistan tərəfi təxribat törədib. Nəticədə 2 hərbçimiz yaralanıb. Cavab atəşi nəticəsində isə 3 erməni hərbçisi zərərsiləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top