Ermənistan qarşıdurmada ölən hərbçilərinin adlarını açıqladı – Biri zabit, ikisi əsgərdir


Ermənistan Kəlbəcər istiqamətində törətdikləri təxribat zamanı zərərsizləşdirilən hərbçilərinin adları açıqlanıb.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, onlardan biri baş leytenant Hayk Ovanesoviç Gevorkyan, digərləri isə sıravi əsgərlər Koryun Arutyunyan və David Köçəryandır. 
Qeyd edək ki, bu gün səhər saatlarında Kəlbəcər istiqamətində Ermənistan-Azərbaycan arasında başlayan atışma saat 10:00 etibarilə dayandırılıb.
Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutduğu bildirilib. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top