“Delta” ştammı dünyada bu qədər ölkəyə yayılıb


Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusun “delta” ştammının yayıldığı ölkələrlə bağlı məlumat paylaşıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, məlumata əsasən hazırda dünyanın 132 ölkəsində “delta” ştammı aşkarlanıb. Bir həftə əvvəl isə bu rəqəm 124 olub. ÜST son bir həftədə “delta” ştammının 8 ölkəyə yayılmasını təhlükəli adlandırıb. Koronavirusun xüsusilə narahatlığa səbəb olan növlərinin “alfa”, “beta”, “qamma” və “delta” ştammları olduğu vurğulanıb.
Qeyd edək ki, dünyada bu günə qədər 196 milyondan çox insan COVİD-19-a yoluxub, 4 milyon 193 min 287 nəfər isə dünyasını dəyişib. 177 milyon 687 min 703 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top