
Azərbaycanda fəaliyyət göstərən banklar 2021-ci ilin 2-ci rübü üçün maliyyə hesabatlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, banklardan 4-ü - “Bank Avrasiya” , “Access Bank”, “Yapıkredi Bank” və “Pakistan Milli Bank” zərər edib.
Ən yüksək mənfəəti “Azərbaycan Beynəlxalq Bankı” əldə edib. Səhimləri dövlətə məxsus olan bu bankın 2-ci rübdəki xalis mənfəəti 148 milyon manat olub.
Özəl banklar arasında ən yüksək mənfəət “Kapital Bank”a məxsus olub. “Kapital Bank” ilin ilk 6 ayında 100 milyon manat xalis mənfəət əldə edib.
Digər bankların mənfəətləri (zərər) aşağıdakı kimi olub:
Banklar | Mənfəət (min manat) |
Zərər (min manat) |
||
I rüb 2021 | II rüb 2021 | I rüb 2021 | II rüb 2021 | |
“Beynəlxalq Bank” | 32 395 | 148 149 | ||
“Kapital Bank” | 55 535 | 99 772 | ||
“Paşa Bank” | 18 786 | 50 640 | ||
“Yelo Bank” | 5 700 | 10 043 | ||
“AFB Bank” | 4 425 | 8 183 | ||
“Rabitəbank” | 3 495 | 4 685 | ||
“Express Bank” | 3 100 | 5 627 | ||
“Naxçıvan Bank” | 2 240 | 3 684 | ||
“Bank Melli İran” | 614 | 575 | ||
“Azər Türk Bank” | 520 | 448 | ||
“ASB” | 416 | 1 113 | ||
“BTB Bank” | 365 | 538 | ||
“Unibank” | 591 | 4 000 | ||
“Günay Bank” | 879 | 626 | ||
“Bank Avrasiya” | 351 | 3 928 | ||
“Xalq Bank” | 4 712 | 5 819 | ||
“Ziraat Bank” | 492 | 1 918 | ||
“Turan Bank” | 105 | 185 | ||
“Premium Bank” | 5 354 | 8 225 | ||
“Muğan Bank” | 1 593 | 555 | ||
“Bank VTB” | 179 | 986 | ||
“Access Bank” | 135 | 2 024 | ||
“Yapıkredi Bank” | 122 | 231 | ||
“Pakistan Milli Bank” | 115 | |||
“Bank of Baku” | 4 110 | 9 372 | ||
“Bank Respublika” | 2 877 | 7 500 |