Mingəçevirdə bir qrup ictimai fəal mükafatlandırılıb – FOTO


Vətən müharibəsi dövründə arxa cəbhədə əzmkarlıq və şücaət nümunəsi göstərən bir qrup ictimai fəal mükafatlandırılıb.
Yeniavaz.com xəbər verir ki, 44 günlük Vətən müharibəsidə Azərbaycan Ordusu öz şərəfli missiyasını yerinə yetirdi. İşğalda olan torpaqlarımızın azad edilməsi üçün başladılan əks-hücum əməliyyatları uğurla yekunlaşdırıldı. Bu qələbədə rəşadətli ordumuz ön cəbhədə, xalqımız isə arxa cəbhədə əsil qəhrəmanlıq göstərdilər. Onlar Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarına qoşularaq ordumuzla həmrəylik göstərdilər. Bu gün onlardan biri Nuru Paşanın əsgərlərindən olan Abdulla Şamxalovun oğlu, I Qarabağ döyüşlərinin iştirakçısı, Mingəçevir sakini Məhərrəm Şamxalovla həmsöhbət olduq. Məhərrəm bəy deyir ki, Tovuz döyüşlərindən öncə də orduya işlənmiş təkər toplayıb göndəriblər. Onlar orduya dəstək məqsədi ilə 20 mindən artıq təkər göndəriblər:
“Cəbhədə bir təkər, bir əsgərin həyatını xilas edir. Biz də əsgərlərimizə dəstəyimizi bildirmək üçün bu təşəbbüsə qoşulduq. 44 günılük müharibə dövründə I Qarabağ müharibəsinin döyüşçüləri də bizə qoşuldular. Sağ olsun şəhərimizin xeyirsevər oğlanları. Bizim yardım karvanımıza keçdiyimiz rayonların sakinləri də qoşulurdular. “MRT İnşaat” komandası da ordumuza dəstək oldu. Bu vətənpərvərlik nümunəsinə görə, Müfdafiə Nzirliyi İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi Rasim Əliyev tərəfindən Fəxri Fərmanla təltif ediliblər. Mənimlə bərabər I Qarabağ müharibəsinin veteranı Xanbaba Abdullayev, Nazim İsmayılov da böyük əmək sərf ediblər. Mən türk öğlu türkəm həmişə çalışmışam ki, ordumuzun yanında olum. Yardım apararkən dəfələrlə təhlükə ilə qarşılaşsam da xoşbəxt adamam ki, gedib əsgərin ayağından çəkməsini soyundurub, botu geyindirmişəm. Məmin qardaşım da torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Bizim əməyimiz də qiymətləndirildi. Vətən müharibəsi Veteranları Birliyinin Mingəçevir bölməsinin sədri Natiq Həsənov bizi “Böyük Zəfər” medalı ilə təltif etdi. Bundan başqa dəfələrlə digər cəmiyyətlər bizə Fəxri Fərmanlar təqdim edib. Arxa cəbhədə dövlətimiz və xalqımız üçün böyük önəm daşıyan tarixi hadisə də yaxından iştirak etdik. Qələbəyə gedən yolda biz də öz töhvəmizi verdik. Biz bununla göstərdik ki, hər an dövlətimizin ətrafında yumuruq kimi birləşməyə hazırıq. Bu gün hamımız şanlı Azərbaycan əsgərinin haqq işinə öz töhvəmizi verməliyik”.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top