
Yaponiyada 19-25 iyul tarixləri arasında 8 min 122 nəfər gün vurmasından xəstəxanaya yerləşdirilib, 23 nəfər isə həyatını itirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Yanğın və Fövqəladə Hallar Agentliyindən məlumat verilib. Xəstəxanaya yerləşdirilənlərdən 3000 nəfərin vəziyyətinin kritik olduğu açıqlanıb. Xəstəxanaya çatdırılanların əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir.
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz