Son bir həftədə dünyada koronavirusdan ölənlərin sayı 20 faiz artıb - ÜST


Dünyada koronavirus səbəbilə son bir həftədə ölənlərin sayı 20 faiz artıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, iyulun 19 -dan 25 -dək dünyada 3 milyon 807 min 39 nəfər koronavirusa yoluxub, 69 min 132 nəfər isə həmin xəstəlik səbəbilə ölüb.
Qeyd edək ki, dünyada bu günə qədər 196 milyondan çox insan COVİD-19-a yoluxub, 4 milyon 193 min 287 nəfər isə dünyasını dəyişib. 177 milyon 687 min 703 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top