Bayden: "Dünyada əkin sahələri üstündə münaqişələr başlayacaq"


"Qlobal istiləşmə ABŞ və bütün dünya üçün qeyri-sabitlik riski daşıyır".
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Cozef Bayden deyib. O bildirib ki, qlobal istiləşmənin artması dünyada bir çox fəsadların ortaya çıxmasına səbəb ola bilər:
“Bu səbəblə əkin sahələri üzərində münaqişələr ola bilər. İqlim dəyişikliyi onsuz da ölkəmizdə və dünyada qeyri-sabitliyi artırır. Qida və su ilə bağlı təhlükəsizliyinin olmaması, dəniz səviyyəsinin qalxması dünyada köçün əhəmiyyətli dərəcədə artması və əhalinin ən həssas təbəqələri üçün riskdir”.
Bayden çıxışı zamanı həmçinin bildirib ki, yaxın 10 ildə İndoneziyanın paytaxtının köçürülməsi istisna edilmir. 

DİGƏR XƏBƏRLƏR

Top