Kəlbəcər istiqamətində təxribat törədən 3 erməni hərbçi məhv edildi


"Azərbaycan-Ermənistan sərhədinin şimal-şərq istiqamətində döyüş başlayıb, itkilər var".
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Döyüşlərin səhər 03:40 radələrinə başladığı bildirilib. Əməliyyat nəticəsində Ermənistan ordusunun 3 hərbçisinin öldüyü vurğulanıb.
Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutduğu bildirilib. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top