Bakıda yük maşını karantin postuna çırpıldı - xəsarət alan var


Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yeniavaz.com-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Qaradağ rayonu, Ələt qəsəbəsində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı karantin postuna çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top