Əfqanıstan sərhədində keçiriləcək təlimlərdə 3 ölkədən hərbçilər iştirak edəcək


Rusiya, Tacikistan və Özbəkistan avqustun 5-dən 10-dək Əfqanıstandan 20 km məsafədə keçiriləcək hərbi təlimdə 1,5 mindən çox hərbi qulluqçu iştirak edəcək.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib. Təlimlərə 300-ə yaxın silah və hərbi texnika cəlb ediləcək. Təlimlərin bütün mərhələlərində kəşfiyyat-atəş və kəşfiyyat-zərbə komplekslərindən istifadə olunacaq. Təlimin məqsədi quldur və radikal terror qruplaşmalarına qarşı mübarizədir.

 

DİGƏR XƏBƏRLƏR

Top