Aralıq dənizində qayıq batdı, çox sayda miqrant dünyasını dəyişdi


Aralıq dənizindəki Liviya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 57 nəfər həyatını itirib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat verib. Təşkilat bildirib ki, sağ qalan miqrantlar bölgədəki bağlıqçılar və sahil mühafizə qüvvələri tərəfindən sahilə çıxarılıb. Ölənlər arasında 20 qadın və 2 uşağın olduğu qeyd edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top