ABŞ-ın hərbi helikopteri Yaponiyaya təcili eniş etdi


ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus helikopter Yaponiyanın cənub-qərbindəki Miyazaki prefekturasına təcili eniş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat verib.
Hadisənin Kuşima şəhərində baş verdiyi qeyd edilir. Agentliyin məlumatına görə, helikopterin 2 ekipaj üzvü olub, onlar xəsarət almayıb və helikopter də ciddi şəkildə zərər görməyib.
Qeyd edək ki, təcili enişin səbəbləri bağlı məlumat verilmir.

 

DİGƏR XƏBƏRLƏR

Top