Şamaxı rəsədxanasına gedən yoldakı problemlə bağlı İH-dən AÇIQLAMA + VİDEO


Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına gedən yolda işıqlarda problem meydana gəlib.
Bu Yeniavaz.com-un redaksiyasına göndərilən kadrlarda əks olunub. Kadrlarda işıqların müəyyən aralıqlarla yanıb-söndüyü müşahidə olunur. Kadrları lentə alan şəxs, bu halın hər zaman belə olduğunu bildirib:
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirilib ki, sözügedən problem müvəqqətidir və artıq aradan qaldırılıb:
“Bu, adətən avtonəqliyyat vasitələrinin elektrik dirəklərinə çırpılması nəticəsində baş verir. Sözügedən işıqlandırma sistemi xarici şirkət tərəfindən quraşdırılıb və elektrik dirəklərindən birində problem olanda, bu problem hamısında müşahidə olunur. Belə hallar tez-tez baş verir və aradan qaldırılır. Sözügedən ərazidə vəziyyətin hər zaman belə olması iddiası əsassızdır”.

DİGƏR XƏBƏRLƏR

Top