Serbiya Zəngəzur dəhlizinə maraq göstərir - Nazirdən AÇIQLAMA


"Zəngəzur dəhlizinin açılması Serbiya üçün çox maraqlıdır".

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keşirilən Azərbaycan-Serbiya Biznes Forumundan sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu dəhlizin açılması həm iqtisadiyyat, həm nəqliyyat, həm də logistika baxımından regionda çox böyük dəyişikliklərə səbəb olacaq, yeni imkanlar, perspektivlər açacaq.

"Serbiya da bu istiqamətdə olan imkanlardan bəhrələnməkdə maraqlı olduğunu ifadə edib", - deyə nazir vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top