
Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunları Türkmənistan üçün tarixi olub.
Yeniavaz.com xəbər verir ki, buna səbəb ölkənin məhz bu il keçirilən olimpiya oyunlarında medal qazanması olub. Belə ki, bu, ölkə tarixinin ilk olimpiya medalıdır.
Medalı qadınlar üzrə 59 kilo çəki dərəcəsində ağırlıqqaldırma idman növündə ikinciliyə layiq görülən Polina Quriyeva qazanıb.