İsrailli nazir “Pegasus”la bağlı Fransaya gedir


İsrailin müdafiə naziri Benni Qantz "Pegasus" casus proqramını müzakirə etmək üçün sabah Parisə gedəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzeti məlumat yayıb. Qantz səfər zamanı fransalı həmkarı Florens Parli ilə görüşəcək. Xəbərdə qeyd olunur ki, ikitərəfli görüş zamanı İranın nüvə razılaşması məsələsi, eləcə də Livandakı kritik vəziyyət müzakirəyə qoyulacaq.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron "NSO Group" şirkəti tərəfindən istehsal olunan "Pegasus" casus proqramı ilə əlaqədar 2 gün əvvəl İsrail baş naziri Naftali Bennettdən rəsmi bir açıqlama istəmişdi.
Qeyd edək ki, İsrailin hazırladığı “Pegasus” casus proqramı vasitəsilə Makronla yanaşı, Fransanın keçmiş baş naziri Eduard Filip, eləcə də bir sıra siyasətçilərin və jurnalistlərin də telefonlarının dinlənildiyi bildirilir. Ümumilikdə isə bu proqramla 100 mindən çox insanın dinlənildiyi iddia edilir.

DİGƏR XƏBƏRLƏR

Top