Rəssam Tahir Salahovun "Sənə Bəşəriyyət" əsəri dünyanı gəzir - FOTO


Azərbaycanlı rəssam Tahir Salahovun xatirəsi Rusiyada maraqlı bir şəkildə yad edilib. 
Yeniavaz.com saytı "fineartway.ru" saytına istinadən xəbər verir ki, azərbaycanlı rəssam Tahir Salahovun 1961-ci ildə çəkdiyi 6 metr uzunluqda olan "Sənə, bəşəriyyət!" rəsm əsəri “FOLLOW ART” layihəsi çərçivəsində yük maşını üzərində nümayiş etdirilib.
Bu əsər ilk dəfə 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilmişdir. Tahir Salahovun ən məşhur işlərindən sayılan əsər hal-hazırda Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Qeyd edək ki, rəssam bu əsər üzərində işləməyə 1959-cu ildə, yəni insanın kosmosa uçuşundan iki il əvvəl başlamış, məhz Yuri Qaqarin kosmosa uçan gün sərgidə nümayiş etdirdişdir.

DİGƏR XƏBƏRLƏR

Top