
2017-ci ildə Cəfər Axundzadə və Vüqar İslamzadənin rejissorluğu ilə çəkilən “Kəklikotu” tammetrajlı filminin səhnələrindən biri trend olub.
Yeniavaz.com xəbər verir ki, filmdə aktyor Əlixan Rəcəbovun “Çelovek pauk gəldi” ifadəsini işlətdiyi və silahla hərəkətlər etdiyi hissə sosial şəbəkələrdə marağa səbəb olub.
Belə ki, Xarici “Tik-Tok” istifadəçiləri və videoblogerlər aktyorun hərəkətini təkrarlayaraq həmin sözləri səsləndirirlər. Bu cür videolar çəkən bəzi sosial şəbəkə istifadəçiləri aktyoru parodiya edirlər.
“Kəklikotu” filmində Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov kimi aktyorlar, Aqil M.Quliyev və Nigar Camal kimi tanınmışlar rol alıblar.