YAP və AKP gənclər təşkilatları arasında görüş olub


Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) gənclər təşkilatının sədri Eyüp Kadir İnan və Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov arasında görüş keçirilib.

Yeniavaz.com xəbər verir ki, görüş Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında keçirilib. Görüş zamanı gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. E.K.İnan bu səfərdən məmnunluiğunu dilə gətirərək, YAP Gənclər Birliyinin sədri və üzvlərini Türkiyəyə səfərə dəvət edib.
B. İslamov isə bildirib ki, iki partiyanın gənclər təşkilatlarının münasibətlərinin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Sədr Azərbaycan və Türkiyədə gənclər arasında əlaqələri gücləndirdikdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan və Türkiyə gənclərinin şəbəkələşməsini təmin edə biləcəklərindən söz açıb.
"Əsas məqsəd Türkiyə və Azərbaycan gəncliyini vahid amal ətrafında birləşdirməkdir ki, bu dostluq, qardaşlıq gələcək nəsillərə bir miras kimi qalsın”. Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub".
 

DİGƏR XƏBƏRLƏR

Top