Sumqayıt və Goranboyda iki avtomobil yanıb


Sumqayıt və Goranboyda iki avtomobilin yandığı bildirilib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Sumqayıtda “VAZ” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Goranboy rayonunda da “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top