KİV: Haitidə öldürülən prezidentin başqa bir təhlükəsizlik rəisi həbs olundu


Haiti polisi öldürülən prezident Covanel Moisenin təhlükəsizlik xidmətinin baş təhlükəsizlik koordinatorunu həbs edib. 
Yeniavaz.com  xəbər verir ki, bu barədə “Haiti 24” xəbər portalı məlumat verib.
Xatırladaq ki, komissar Cin Lagel Sivil dövlət başçısının iqamətgahına edilən hücum iddiasında ifadə vermək üçün respublikanın Baş Prokurorluğuna çağrılmış, lakin ifadə verməkdən boyun qaçırmışdı.
Qeyd edək ki, Haiti prezidenti Covanel Moise 7 iyul tarixində naməlum şəxslər tərəfindən iqamətgahında öldürülüb. Hadisə zamanı onun həyat yoldaşı Martin Moez ağır yaralanıb. M. Moez ölkənin baş naziri Klod Cozefin təlimatı ilə ABŞ-dakı klinikalardan birinə yerləşdirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top