Dünya kubokunda halı pisləşən Məmmədyarov əməliyyat olunub - FOTO


Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov əməliyyat olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şahmatçının öze sosial şəbəkələr vasitəsilə məlumat verib. O bildirib ki, Soçidə baş tutan dünya çempionatında səhhətində problem yaranıb və buna görə də əməliyyat olunmağa qərar verib.
Ş. Məmmədyarovu uroloq-androloq Araz Bayramov əməliyyat edib. O, bu barədə sosial şəbəkədə yazıb:
“Salam, dostlar. Soçidə dünya kubokunda halım pis idi və gələn kimi çox önəmli əməliyyat keçirdim. Şəkildəki bu hörmətli doktorlara dərin təşəkkürümü bildirirəm. Bayramovlar ailəsi həm gözəl həkim, həm də şahmatçı ailəsidir. Təşəkkürlər, artıq evdəyəm”.

DİGƏR XƏBƏRLƏR

Top