Toyda COVID pasportu olmayanların cəriməsini kim ödəməlidir?


“COVID-19 pasportunun olmamasına görə cəriməni həm restoran sahibləri, həm də toy sahibləri ödəməlidir”.

Yeniavaz.com xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev İctimai Tv-yə müsahibəsində deyib.

O bildirib ki, çünki tərəflər arasında iltizam sənədi imzalanır:

“İltizam sənədinə uyğun olaraq, müştərək hüquqi öhdəlik götürülür. Hüquqi və ya fiziki şəxslərin hər birinin hüquqi məsuliyyəti var və buna uyğun inzibati tənbeh tədbirləri görülür”.

DİGƏR XƏBƏRLƏR

Top