COVID-19 pasportu olmadan toyda pul yazdırıb çıxmaq olar? - DİN-dən CAVAB


Şəxs toy zalına daxil olursa, iştirakçı hesab edilir”.

Yeniavaz.com xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev İctimai Tv-yə müsahibəsində şəxslərin toy mərasiminə qatılmadan beş dəqiqəlik hədiyyəni verib çıxması ilə bağlı suala cavabında deyib.

E.Hacıyev bildirib ki, çünki şəxs müvafiq yoxlamadan keçir:

“O, hədiyyəni zala qədər olan məsafədə də təqdim edə bilər. Mütləq qaydada qanunvericilik norması konkret göstərir: 50 nəfərdən 150 nəfərədək şəxslərin şənlik mərasimlərində iştirakı zamanı 18 yaşından yuxarı olan bütün şəxslər tam vaksinasiyadan keçməlidir. Pandemiya şəraitində bu normalar hər bir vətəndaş tərəfindən gözlənilməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top