Bayden: "ABŞ İraqda hərbi missiyalarda iştirak etməyəcək"


İraqla gələcək əməkdaşlıq İraq hərbi qüvvələrinin təlimləri və İŞİD-lə mübarizə mövzusunda olacaq, ancaq hər hansı hərbi missiyalar olmayacaq.

Bunu ABŞ prezidenti Co Bayden bildirib.

“Düşünürəm ki, işlər yaxşı gedir, İraqdakı rolumuz təlimlərdə kömək etmək, yenidən baş qaldıran İŞİD-lə mübarizədə dəstək olacaq, amma heç bir hərbi missiyada iştirak etməyəcəyik”, - deyə Bayden Ağ Evdə İraqın Baş naziri Mustafa əl-Kazemi ilə görüşdə qeyd edib.//apa

DİGƏR XƏBƏRLƏR

Top