“Azəriqaz”a yeni mətbuat katibi təyin olundu - YENİLƏNİB


Telejurnalist Eldəniz Vəliyev “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev öz feysbuk hesabında məlumat verib.
Qeyd edək ki, ötən gün “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə əlaqədar olaraq, tutduğu vəzifədən azad olunub.

***26 iyul, saat 20:26
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni kadr təyinatı aparılıb.

Yeniavaz.com xəbər verir ki, vəzifəsindən azad olunan İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə tanınmış jurnalist Eldəniz Vəliyev təyin olunub.
Qurumdan Modern.az-a təyinatı təsdiqləyiblər.
Qeyd edək ki, E.Vəliyev bu təyinatadək "Space" TV-də Xəbərlər Xidmətinin baş redaktoru vəzifəsində, daha əvvəl ANS TV, ATV-də və digər media qurumlarında işləyib.

DİGƏR XƏBƏRLƏR

Top