Mingəçevirdə itkin düşən yeniyetmə tapılıb - YENİLƏNİB

Mingəçevirdə itkin düşən yeniyetmə tapılıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, 13 yaşlı şəhər sakini Famil Müqabil oğlu Amanov Kür çayı sahilində sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.


***19:40
Mingəçevirdə uşaq itkin düşüb.

Yeniavaz.com xəbər verir ki, 13 yaşlı şəhər sakini Amanov Famil Müqabil oğlu Bağlar yaşayış massivlərindəki 9-cu küçədəki evlərindən çıxaraq bir daha geri qayıtmayıb. Məlumata görə, onun evdən necə çıxmasından valideynlərinin xəbəri olmayıb.
Uşağın ailəsi bununla bağlı şəhər Polis Şöbəsinə müraciət edib. Hazırda 13 yaşlı oğlanın axtarışları davam etdirilir.
Famili görüb tanıyanlardan Mingəçevir şəhər Polis Şöbəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə məlumat vermələri xahiş olunur.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top